Dünya şöhrətli müğənni Rihanna Tvitter hesabında ABŞ prezidenti Donald Trampı təhqir edib.
“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, 28 yaşlı amerikalı sənətçi immiqrasiya siyasətinin sərtləşdirilməsi barədə imzaladığı sərəncama görə prezidenti “əxlaqsız donuz” adlandırıb.
“Bu, iyrəncdir! Dəhşətli xəbərdir! Amerikanı gözlərimizin önündə dağıdır. Sən nə qədər əxlaqsız donuz olmalısan ki, bu cür hərəkət edəsən!”, - deyə Rianna yazıb.
Son xəbərlər
Son Xəbərlər