Roma Papası İlham Əliyevə məktub göndərdi

Roma Papası İlham Əliyevə məktub göndərdi
Oxunma sayı: 634

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. 

“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin.

Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi