Ronaldo “İnstaqram”da da rekorda imza atdı

Ronaldo “İnstaqram”da da rekorda imza atdı
Oxunma sayı: 4555

Futbol üzrə Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo ilk dəfə olaraq “İnstaqram”da 300 milyon abunəçi toplayıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda idman dünyasında Ronaldonun ən yaxın təqibçiləri futbolçular Lionel Messi və Neymardır.

“Barselona”nın kapitanının 219 milyon abunəçisi var. PSJ-nin hücumçunun auditoriyası bundan 67 milyon nəfər azdır.

Ümumilikdə isə sosial şəbəkədə ən məşhur hesablar siyahısında Ronaldodan sonra üç amerikalı qərarlaşıb: aktyor və restler Dueyn Conson (246 milyon abunəçi), müğənni Ariana Qrande (244 milyon izləyici) və model Kayli Cenner (241 milyon izləyici).

Ronaldo iyunun 15-də də Avropa çempionatının iki rekorduna imza atıb. O, futbolçular arasında qitənin beş dəfə birincilik yarışında iştirakı ilə rekorda yiyələnib, həmçinin 11 qol ilə yarışın tarixində ən yaxşı bombardir olub.