Ronaldo İranda belə qarşılandı - Video

ronaldo-iranda-bele-qarsilandi
Oxunma sayı: 8259

İranın “Persepolis” komandası ilə Asiya Çempionlar Liqası matçı üçün Tehrana gedən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo orada coşqu ilə qarşılanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı portuqaliyalının adını səsləndirən minlərlə azarkeş küçələrə axışıb.

Azarkeşlər Səudiyyə komandasının futbolçularının qaldığı otelə giriblər.

İrana gələn kimi hücumçuya xalça və limitsiz internetə çıxışı olan SİM kart da verilib.

Qeyd edək ki, “Əl-Nəsr” – “Persepolis” oyunu sabah, sentyabrın 19-da keçiriləcək.