Ronaldo Portuqaliyanın DÇ-dəki ilk oyununa çıxacaq?

ronaldo-portuqaliyanin-dc-deki-ilk-oyununa-cixacaq
Oxunma sayı: 1293

Portuqaliya millisinin ulduzu Kristiano Ronaldo komandasının Dünya Çempionatındakı ilk oyununda cəzalı olmayacaq.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə FIFA-nın İntizam Komitəsi qərar verib.

Məlumata görə, Portuqaliya yığmasının kapitanı aldığı “qırmızı vərəqə”yə görə bir oyunluq diskvalifikasiya alıb — bu cəzanı isə artıq Ermənistanla keçirilən matçı buraxmaqla çəkib.

Qeyd edək ki, portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə oyunda “qırmızı vərəqə” almışdı.