Ronaldonun bu açıqlaması gündəm oldu

ronaldonun-bu-aciqlamasi-gundem-oldu
Oxunma sayı: 2964

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz Kriştianu Ronaldonun açıqlaması gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, əfsanəvi futbolçu PSJ-dən ayrılıb Mayami “İnter”inə keçən Lionel Messinin seçimini şərh edib.

Ronaldo Səudiyyə Ərəbistanı çempionatının Messinin mübarizə aparacağı ABŞ çempionatından daha yaxşı olduğunu bildirib: “Düşünürəm ki, Səudiyyə Ərəbistanı liqası MLS-dən daha yaxşıdır. Artıq heç bir Avropa klubuna dönməyəcəyimə 100 faiz əminəm. Səudiyyə Ərəbistanının yolunu mən açdım və indi bütün ulduzlar bura gəlir”.

Qeyd edək ki, Kriştianu Ronaldo 2023-cü ilin əvvəlindən “Əl Nəsr”də çıxış edir.