Ronaldonun “Əl-Nəsr”i mübarizəni dayandırdı

ronaldonun-el-nesri-mubarizeni-dayandirdi
Oxunma sayı: 4244

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandası Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəsini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, komanda iki oyunun nəticəsinə görə, BƏƏ-nin “Əl-Əyn”inə yenilib.

Belə ki, brinci matç “Əl-Əyn”in minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Cavab qarşılaşmasında isə meydan sahibləri Kriştianu Ronaldunun penaltidən fərqlənməsi ilə ümumi hesabı bərabərləşdiriblər.

Penalti seriyasında isə qonaqlar güclü olublar - 1:3.