Çeçenistanda silahlı insident qeydə alınıb.
“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) baş leytenantı 4 xidmət yoldaşını güllələyərək öldürüb.
İnsident yerli vaxtla saat 16:00-da hərbi hissələrdən birində baş verib.
Hadisəni törədən şəxs zərərsizləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.
İnsidentin baş vermə səbəbləri araşdırılır.