RR Constructions “Kubinka”da yaşayış kompleksi tikir - Video

rr-constructions-kubinkada-yasayis-kompleksi-tikir
Oxunma sayı: 14840

“RR Constructions” MTK tərəfindən Bakının “Kubinka” kimi tanınan hissəsində yeni yaşayış kompleksi tikiləcək.

“Qafqazinfo” xəbər verir ki, layihə 8 küçəni əhatə edən təxminən 6 hektarlıq ərazidə həyata keçiriləcək.

Ərazidəki istismara yararsız evlərin yerində yeni “İmperial Residence” inşa olunacaq.

173 min kvadrat metr ərazini əhatə edəcək yeni yaşayış kompleksi 11 binadan ibarət olacaq.

Kompleksdə 1000-dən artıq ailənin yaşaması üçün müvafiq infrastruktur nəzərdə tutulub. Burada inşaatın aparılacağı ərazidə yaşayan ailələr də nəzərə alınıb.

Tikinti işlərini həyata keçirən “RR Constructions” MTK-nın rəhbəri Rafael Abdullayev bildirib ki, sakinlərin əvvəl yaşadığı mənzillər hazırda ölçülür: “Realda olan ölçülərdən 20 faiz artıq ölçüdə sakinlərə yeni mənzillər təklif edilir. Yəni çıxarışda evin sahəsi 30 kvadrat metrdirsə, əlavə tikililərlə birgə isə 50 kvadratdırsa, bizim təklif etdiyimiz 20 faiz də məhz 50 faizə şamil ediləcək. Qeyri-yaşayış sahələri ilə bağlı müqavilələr isə mövcud sahələrə uyğun imzalanacaq”.

Həmçinin bildirilib ki, ərazidə yaşayan sakinlərin hər birinin bank hesabına sökülən evlərdən köçürüldüyü gündən yeni mənzillərə köçürüləcəkləri tarixədək kirayə ödənişləri həyata keçiriləcək.