“Rusiya “3+3” formatında görüşlərə dair məsələnin tezliklə həllinə ümid edir”

rusiya-33-formatinda-goruslere-dair-meselenin-tezlikle-helline-umid-edir
Oxunma sayı: 1010

“Rusiya ümid edir ki, Cənubi Qafqaz üzrə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) görüşlərin keçirilməsi “qısamüddətli perspektivdə” olan məsələdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. 

“Hələ ki, bu məsələlər üzərində iş aparılır. Bütün iştirakçıların razılığını əldə etmək lazımdır. Razılıq əldə olunduqda onun harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, qısamüddətli perspektivdə olan məsələdir”, - deyə Rudenko söyləyib.

Rudenkonun sözlərinə görə, Gürcüstan bu cür danışıqlarda iştiraka hazır olduğunu bəyan edənə qədər onun formatdakı yeri saxlanacaq. 

Rusiyalı diplomat qeyd edib ki, bu formatın yaradılması təşəbbüsü Türkiyə və Azərbaycan Prezidentlərinə məxsusdur. O bildirib ki, Moskva sözügedən formatı perspektivli hesab etdiyindən bu təşəbbüsü dəstəkləyib.