Rusiya ABŞ-dan təhlükəsizlik zəmanəti təklifinə cavab aldı

rusiya-abs-dan-tehlukesizlik-zemaneti-teklifine-cavab-aldi
Oxunma sayı: 2800

ABŞ səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Görüşün ABŞ-ın diplomatik nümayəndəsinin xahişi ilə keçirildiyi qeyd edilir.

"Amerika diplomatik missiyasının rəhbəri Rusiya tərəfinin əvvəllər təqdim etdiyi təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli saziş layihəsinə ABŞ Administrasiyasının yazılı cavabını təqdim edib", - nazirlikdən bildirilib.
ABŞ dövlət katibi Entoni Blinken isə jurnalistlərə bildirib ki, onların cavabı Ukrayna və Avropa müttəfiqləri ilə razılaşdırılıb. O əlavə edib ki, bu gün NATO da Moskvaya öz sənədini verəcək, bu da Vaşinqtonun cavabı ilə uyğundur.

“Yaxın günlərdə, Moskva bizim cavabımızla tanış olanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmağı planlaşdırıram”, - Dövlət Departamentinin rəhbəri bildirib.

O qeyd ki, ABŞ konfidensial danışıqlara yer buraxmaq üçün sənədi açıqlamaq istəmir və Rusiyanın buna ciddi yanaşacağına ümid edirlər.