Yaponiya Rusiyanın aktivlərindən əldə etdiyi gəlirdən istifadə edərək Ukraynaya yardım göndərəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
“Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək, Yeddilik Qrupu (G7) ölkələrindən Ukraynaya dəstək çərçivəsində 471,9 milyard yen (təxminən 3,1 milyard dollar) məbləğində kredit ayıracaq”, - məlumatda qeyd olunub.