Rusiya Dövlət Şurasının statusu dəyişəcək

rusiya-dovlet-surasinin-statusu-deyisecek
Oxunma sayı: 1646

Rusiya Baş Nazirinin müavini vəzifəsini icra edən Vitali Mutko Dövlət Şurasının statusunun dəyişəcəyini bildirib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, onun sözlərinə görə, Dövlət Şurası icraedici hakimiyyətin bir hissəsi olacaq. Mutko əlavə edib ki, Şuranın yeni statusunu Federasiya Şurası ilə qarışdırmaq olmaz.

Çünki sonuncu qanunverici orqandır.