“Rusiya sərhədçiləri Paşinyanın xahişi ilə sərhəddə yerləşdirilib”

rusiya-serhedcileri-pasinyanin-xahisi-ile-serhedde-yerlesdirilib
Oxunma sayı: 4168

“Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədindəki müşahidə postları Nikol Paşinyanın xahişi ilə yerləşdirilib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “24News”a müsahibəsində bildirib.

Səfir Ermənistan Baş nazirinin 2020-ci ildə də vəziyyətin sabitləşməsinə töhfə vermək üçün belə bir xahiş etdiyini vurğulayıb.