Rusiya təzminat ödəyəcək - BMT qərar verdi

rusiya-tezminat-odeyecek
Oxunma sayı: 7854

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini nəzərdə tutan qətnaməni qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçirilən səsvermədə Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə rəy çoxluğu ilə qəbul edilib.

Belə ki, Rusiyanın təzminat ödəməsi qətnaməsi 73 əleyhinə, 94 lehinə səslə qəbul edilib.