Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu martın 2-də keçirilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.
Qeyd edək ki, fevralın 28-i Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar aparılıb.
Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.
Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.
Son xəbərlər
Son Xəbərlər