Rusiya Ukraynaya 8 S-300-lə hücum etdi

rusiya-ukraynaya-8-s-300-le-hucum-etdi
Oxunma sayı: 2645

“Rusiya noyabrın 29-dan 30-na keçən gecə 8 S-300 raketi və 20 PUA ilə Ukraynaya hücum edib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı açıqlama yayıb.

Açıqlamada Rusiya hərbçilərinin hücumlarda 20 ədəd “Şahed” tipli PUA-dan istifadə etdiyi, döyüş əməliyyatları nəticəsində 14 PUA-nın məhv edildiyi bildirilib.

Həmçinin, Rusiyanın Donetsk bölgəsinə 8 ədəd S-300 raketləri ilə hücum etdiyi qeyd edilib.

Ukraynanın daxili işlər naziri İqor Klimenko da sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun bu gecə S-300 raketləri ilə Donetsk vilayətinin Pokrovsk, Novoqrodivka və Mirnoqrad şəhərlərinə intensiv hücum təşkil etdiyini bildirib.

Klimenko rus əsgərlərinin Mirnoqrad şəhərindəki polis məntəqəsini 2 S-300 raketi ilə vurduğunu, hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.