“Rusiya və ABŞ münasibətləri canlandırmaq yolundadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva və Vaşinqton müxtəlif səviyyələrdə dialoqu bərpa edir. O bu konteksdə Rusiya və ABŞ prezidentlərinin martın 18-nə planlaşdırılan telefon danışığını “çox mühüm addım” adlandırıb.
“Biz ikitərəfli münasibətlərimizi canlandırmaq, müxtəlif səviyyələrdə dialoq rejimlərini bərpa etmək yolundayıq”, - deyə D.Peskov jurnalistlərə bildirib.