“Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır”

rusiya-xerson-vilayetinde-atesi-derhal-dayandirmalidir
Oxunma sayı: 2265

“Rusiya Xerson vilayətində atəşi dərhal dayandırmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell tviterdə yazıb.

Borrell bildirib ki, Aİ Xersonda Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin dağıdılmasından sonra mülki əhalinin xilas edilməsi səylərinə mane olan atəş barədə xəbərlər alır.

“Biz Rusiyanı bu qəbuledilməz hərəkətləri dərhal dayandırmağa çağırırıq”, -deyə qeyd edib.