Rusiyada bazardakı yanğın söndürüldü - Video - Yenilənib

rusiyada-bazardaki-yangin-sonduruldu
Oxunma sayı: 3629

Rusiyada bazarda yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, hadisə Rostov vilayətinin ən böyük bazarında qeydə alınıb.

Yanğının sahəsinin 4000 kvadrat metrdən çox olduğu deyilir. Hazırda obyekt sahibləri mallarını xilas etməyə çalışırlar.

***

Rusiya Fövqəladə Hallar Nazirliyi bazardakı yanğının söndürüldüyünü açıqlayıb.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.