Rusiyada “Birinci kanal”ın canlı efirində “Müharibəyə yox!” deyildi - Video

rusiyada-birinci-kanalin-canli-efirinde-muharibeye-yox-deyildi
Oxunma sayı: 5765

Rusiyanın “Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib.

“Qafqazinfo” xəbər verir ki, telekanalın əməkdaşı Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub.

Belə ki, o, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb.

Hadisədən bir neçə saniyə sonra kanal xəstəxana ilə bağlı reportaj nümayiş etdirib.