Rusiyada hərbi poliqondakı partlayışda 12 nəfər ölüb

rusiyada-herbi-poliqondaki-partlayisda-12-nefer-olub
Oxunma sayı: 1651

Rusiyanın Rostov vilayətindəki Kuzminski hərbi poliqonunda partlayış baş verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə noyabrın 3-ü baş versə də, mediaya indi açıqlanır.

Partlayış nəticəsində 12 nəfər həlak olub. Ölənlər Primorsk diyarından olan hərbçilərdir. 

İlkin səbəb kimi, silah-sursat bloklarında yanğın zamanı təhlükəsizlik tədbirlərinə əməl olunmaması göstərilir.