Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə strateji nüvə qüvvələrinin təlimini keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Təlim zamanı Rusiya lideri Kremldəki idarəetmə mərkəzində olub. Təlimlər zamanı nüvə raketləri buraxılışları məşq edilib.
Putin vurğulayıb ki, nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün vacib tədbirdir və Rusiya silahlanma yarışına qoşulmaq niyyətində deyil:
“Artan geosiyasi gərginliyi, yeni xarici təhdidlərin və risklərin meydana çıxmasını nəzərə alaraq, daim döyüşə hazır olan müasir strateji nüvə qüvvələrinin olması vacibdir. Biz onların bütün komponentlərini təkmilləşdirməyə davam edəcəyik. Bunun üçün resurslar var”.
Təlimdən görüntüləri təqdim edirik: