Rusiyada partlayışda ölənlərin sayı artdı - Yenilənib

rusiyada-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 7644

08:49

Rusiyanın Saxalin vilayətində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub.

Bundan başqa, partlayış nəticəsində 9 nəfər də xəsarət alıb.

Qeyd edək ki, ilkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Nəticədə beşinci mərtəbədən birinci mərtəbəyə qədər bina çöküb.

10:51

Partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Bu barədə regionun qubernatoru Valeri Limarenko teleqram kanalında bildirib.