12:15
Rusiyanın Voronej vilayətində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Qusev açıqlayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 2 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən, PUA-nın mənzillərin eyvan və pəncərələrinə ziyan vurduğunu görmək mümkündür. Hazırda hadisənin detalları araşdırılır.
15:44
Qusev Voronejdə PUA-nın düşdüyü ərazidə fövqəladə vəziyyət rejiminin elan edildiyini açıqlayıb.
O, həmçinin bildirib ki, PUA-nın çırpıldığı binanın sakinləri təxliyə edilməyəcək. Ümumilikdə binada 90 sakinin yaşadığı məlumdur. Yaxın saatlarda təmir-bərpa işlərinə başlanılacaq.