Rusiyada qismən səfərbərlik elan edildi - Video

rusiyada-qismen-seferberlik-elan-edildi
Oxunma sayı: 11914

Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Putin telemüraciətində bildirib ki, Rusiya Federasiyasında səfərbərlik tədbirləri bu gün başlayacaq.

Onun sözlərinə görə, Rusiya Federasiyasında qismən səfərbərlik çərçivəsində çağırış yalnız ehtiyatda olan, ilk növbədə təcrübəsi olan vətəndaşlara şamil olunacaq.