Rusiyada terrorun qarşısı alındı - Video

rusiyada-terrorun-qarsisi-alindi
Oxunma sayı: 3243

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvanın inzibati binalarından birində törədiləcək terror aktının qarşısını alıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, saxlanılan şəxs Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə insanların toplaşdığı yerlərdə əldəqayırma partlayıcı qurğunu işə salmağı planlaşdırıb.

Ondan taymerli ammonal əsasında hazırlanmış 5 kq-lıq istifadəyə hazır PUA, habelə Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə saxlamaq üçün istifadə edilən smartfon götürülüb.