Rusiyadakı partlayışa ABŞ-dan rəsmi - Reaksiya

rusiyadaki-partlayisa-abs-dan-resmi
Oxunma sayı: 633

Sankt-Peterburq metrosunda baş vermiş partlayışa ABŞ-dan da rəsmi reaksiya gəlib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp partlayışı dəhşətli hadisə kimi dəyərləndirib.

“Dəhşətli hadisələr bütün dünyada baş verir. Bu, təmamilə dəhşətlidir”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Sankt-Peterburq şəhərində metroda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.