“Rusiyadan belə bir təklif almamışıq” - Paşinyan

rusiyadan-bele-bir-teklif-almamisiq
Oxunma sayı: 3255

“Ermənistan Rusiya-Belarus İttifaq Dövlətinin tərkibinə qoşulmaqla bağlı Moskvadan rəsmi olaraq təklif almayıb”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, belə bir təklif ola da bilməzdi: “Lakin vəziyyət göründüyü kimi birmənalı deyil. Demək istəyirəm ki, Ermənistan üçün müstəqillik mütləq bir dəyərdir və bizim tapşırığımız bunu təmin etməkdir”.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya açıqlamasında bildirib ki, Rusiya Ermənistanın öz ərazisindən Azərbaycana dəhliz verməsi və ölkənin Rusiya-Belarus İttifaq Dövlətinə qoşulması üçün İrəvana təzyiq edir. Bunun ardınca, Kremlin rəsmi sözçüsü Dmitri Peskov Qriqoryanın bu açıqlamalarının təxribat xarakterli olduğunu deyib