“Rusiyanın Baxmutda gücü tükənir”

rusiyanin-baxmutda-gucu-tukenir
Oxunma sayı: 3314

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski münaqişələrin davam etdiyi Baxmut şəhərində Rusiyanın gücünün tükənməyə başladığını və tezliklə bu fürsətdən yararlanacaqlarını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Sirski bu haqda sosial media hesabından açıqlama verib.

O, Rusiyanın “əsgər və texnika itkisinə baxmayaraq” Baxmutu nəyin bahasına olursa-olsun ələ keçirmək ümidindən əl çəkmədiyini bildirib:

“Onlar böyük itkilər verirlər və gücləri tükənir. Biz bir vaxtlar Kiyev, Xarkov, Balakliya və Kupyanskda etdiyimiz kimi bu fürsətdən çox yaxında yararlanacağıq”.