Rusiyanın hücumundan sonra Ukraynada ölən uşaqların - Sayı

rusiyanin-hucumundan-sonra-ukraynada-olen-usaqlarin
Oxunma sayı: 3439

Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı müharibəyə başlayandan bəri 85 uşaq öldürüb, daha 100 uşaq yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“Rusiya Federasiyasının silahlı hücumu nəticəsində martın 13-ü səhər saatlarına olan məlumata görə, Ukraynada artıq 85 uşaq ölüb və 100-ə yaxını yaralanıb”, - məlumatda deyilir.

Azyaşlı qurbanların əksəriyyətinin Kiyev, Xarkov, Donetsk, Sumı, Xerson, Nikolayev və Jitomir vilayətlərindən olduğu bildirilir.