Rusiyanın itkiləri açıqlandı

rusiyanin-itkileri-aciqlandi
Oxunma sayı: 4347

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində 920 hərbçisini itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfinin müharibə başlayandan ümumi itkilərinin sayı 167 490 nəfərə çatıb.

Həmçinin, son sutkada Rusiyaya məxsus 5 tank, 8 zirehli döyüş maşını, 3 artilleriya sistemi məhv edilib.