Rusiyanın xanım baş bankiri Avropanın - Ən yaxşısı seçildi

rusiyanin-xanim-bas-bankiri-avropanin
Oxunma sayı: 5559

Britaniyanın The Banker jurnalı Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanı Avropanın ən yaxşı baş bankiri seçib. “Qafqazinfo” xəbər verir ki, jurnal xanım bankiri ötən il iqtisadi böhran şəraitində uğurlu işlərinə görə fərqləndirib.

Nəşrin yazdığına görə, Rusiya MB sədri son illər rublun devalvasiyası və bank sektorundakı problemlər fonunda manevrlər etməli olub: “Lakin Elvira Nabiullinanın güclü əlləri ölkəni çətinliklərdən çıxartmağa və görünür, 2017-ci ildə iqtisadi inkişafına yardım etdi.

Qeyd edək ki, jurnal Londonda nəşr olunur və The Financial Times Ltd. Şirkətinə məxsusdur.