Rza Zərrab xərçəngdi- - "Təcili kimya terapiya almalıyam"

rza-zerrab-xercengdi-
Oxunma sayı: 6998



“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 dekabrda həyata keçirilən əməliyyat zamanı həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab ifadəsində təcili olaraq müalicə almalı olduğunu söyləyib:

“Təcili olaraq kimya terapiya qəbul etməliyəm. Mənim böyrəyimin üstündə şiş var. Xərçəng diaqnozu qoyulub. Xəstəxanada müayinə zamanı bu 4 günlük müddət ərzində şişin 1 sm böyüdüyü aydın oldu. Mən buna təcili olaraq müdaxilə etdirib kimya terapiyaya başlamalıyam. Bu xəstəliklə əlaqəli də bütün sənədlərim var. Xəstaxanada da bu diaqnoz dəqiqləşdirildi”.