Saakaşvilini aradan götürmək istəyirlər

saakasvilini-aradan-goturmek-isteyirler
Oxunma sayı: 637

"Bir necə gün əvvəl Türkiyədə rüsvayçı insident baş verdi. Saakaşvili velosiped sürərkən yük maşını qarşısına çıxıb. Bu bizim dost xalqlarımız arasında yaxşı reaksiyaya səbəb olmayıb. Şayiələr yayıldı. Hətta Saakaşvilinin sərxoş olduğu, qəzanın hazırlandığı deyilib.Biz bu insidenti araşdırmağı düşünmürük. Ancaq Gürcüstan hökumətini və müxalifəti Saakaşviliyə sui qəsd hazırlandığı barədə xəbardarlıq edirik. Bu necə olacaq, harada olacaq, bizə məlum deyil".

Onun sözlərinə görə, prezidentə 3 istiqamətdən təhlükə var: “Birinci - Milli hərakatın lideri, daha dəqiq Merabişvili- Uqulava qanadıdır. İkinci - keçmiş tərəfdarlarından, üçüncüsü isə Saakaşvilinin xüsusi aqresiv münasibət göstərdiyi ölkələrdən”.

Konfederasiya liderinin fikrincə, bütün bunlar Gürcüstanın yeni hökumətinin üstünə qalacaq ki, bu da vətəndaş qarşıdurmasına səbəb olacaq.

Zaal Kaspelişvili informasiyasının mənbəyini açıqlamayıb və qeyd edib ki, konfederasiyanın 26 ölkədə nümayəndəliyi, eləcə də daxili təhlükəsizlik xidməti var. /anspress.com/