Saakaşvilinin həyat göstəriciləri kritik səviyyəyə enib

saakasvilinin-heyat-gostericileri-kritik-seviyyeye-enib
Oxunma sayı: 2101

“Keçmiş Prezident Mixail Saakaşvilinin həyat göstəricilərindən biri kritik səviyyəyə qədər enib. Bunun ardınca reanimotoloqların müdaxiləsinə ehtiyac yaranıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə siyasətçinin vəkili Dmitri Sadzaqlişvili deyib.

Onun sözlərinə görə, müdaxilədən sonra göstəricilər sabitləşib. 

D. Sadzaqlişvili, həmçinin qeyd edib ki, o, hazırda aclıq aksiyasının elə mərhələsindədir ki, səhhəti istənilən vaxt pisləşə bilər: “Həbsxananın xəstəxanasında Saakaşvilinin müalicəsi üçün tələb olunan şərtlər yoxdur”.

Qeyd edək ki, artıq 25 gündür ki, Saakaşvili aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi sabiq Prezidentin Tbilisidəki 18 saylı Qldansk həbsxanasına köçürülməsinə razıdır. Nazirlik sözügedən həbsxananın aclıq elan etmiş məhbuslar üçün əlverişli olduğunu iddia edir. Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze və vəkillər siyasətçinin çoxşaxəli mülki klinikaya köçürülməsində təkid edirlər. 

Xatırladaq ki, M. Saakaşvili sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstana gedib və oktyabrın 1-i Tbilisidə saxlanılıb. Gürcüstanda Saakaşvilinin adı bir neçə cinayət işində hallanır və hazırda Rustavi həbsxanasında saxlanılır. Eks-Prezident saxlanılmasını qeyri-qanuni, öz ünvanına olan ittihamları isə saxta hesab edir. O, saxlanıldığı gün aclıq elan edib.