Saakaşvilinin xanımı Bakını gəzib

saakasvilinin-xanimi-bakini-gezib
Oxunma sayı: 647


AzərTAc xəbər verir ki, əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri aparılır.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqda böyük maraq doğurub.

Gəzinti Azərbaycanın geniş tarixi iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr – Buxara və Multanı karvansaraları ilə tanışlıqla davam etdirilib.
Elektromobillə gəzinti zamanı qonağa və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs təndir çörəyinə qonaq edilib.

Gəzinti zamanı qonaq rəssam Əli Şəmsinin emalatxanası ilə tanış olub.

Sonra Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində olub. Qonağa məlumat verilib ki, qoruq idarəsi ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi əsasında fəaliyyət göstərən mərkəzdə hazırda 20 istedadlı tələbə təhsil alır. Onlara İngiltərədən gəlmiş mütəxəssislər tərəfindən rəssamlığın sirləri öyrədilir.

Gürcüstan Prezidentinin xanımı Sandra Elizabet Rulofs “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilib.