Saatlıda 18 yaşlı gənc çayda boğulub

saatlida-18-yasli-genc-cayda-bogulub
Oxunma sayı: 928

Araz çayının Saatlı rayonu, Novruzlu kəndindən keçən hissəsində gənc oğlan batıb.

Bu barədə “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Qasımov Zəka Amid oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.