Sabah Bakıda atəşfəşanlıq olacaq - Yenilənib

sabah-bakida-atesfesanliq-olacaq
Oxunma sayı: 6485

Sabah Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə atəşfəşanlıq təşkil ediləcək.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, şəhər sakinləri və qonaqlar atəşfəşanlığı seyr etmək üçün dekabr 31-i saat 00:00-da Dənizkənarı Milli Parka, Saat qülləsinin ətrafına gələ bilərlər.

***

“Report”un əldə etdiyi məlumata əsasən, Bakıda Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert porqramı nəzərdə tutulmayıb.

Hər il ənənəvi olaraq təşkil edilən konsert proqramı ilə bağlı bulvarda heç bir hazırlıq işləri görülməyib, səhnə quraşdırılmayıb.