Sabah Brüsseldə delimitasiya komissiyasının iclası keçiriləcək

sabah-brusselde-delimitasiya-komissiyasinin-iclasi-kecirilecek
Oxunma sayı: 1293

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclası sabah Brüsseldə keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb.

Xatırladaq ki, komissiyanın buna qədər iki görüşü keçirilib. Sonuncu görüş sentyabrın 30-u Moskvada Rusiya Baş nazirinin müavini Aleksey Overçukun da iştirakı ilə üçtərəfli formatda baş tutub.