“Sabah” FİBA Avropa Kubokunda ilk oyununa çıxacaq

sabah-fiba-avropa-kubokunda-ilk-oyununa-cixacaq
Oxunma sayı: 782

“Sabah” basketbol komandası bu gün FİBA Avropa Kubokunun 2023/2024 mövsümündə ilk oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada təşkil olunan təsnifat mərhələsinə Niderlandın “Donar” klubuna qarşı oyunla start verəcək.

Qroningenlilərlə Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” növbəti oyunlarını oktyabrın 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid”ə (Buxarest, Rumıniya) qarşı keçirəcək.