Bu gün UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Sabah” mübarizəyə doğma meydanda başlayacaq.
Ölkə çempionu I təsnifat mərhələsinin ilk oyununda Bakıda Uelsin TNS komandasını qəbul edəcək. Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Matçı Polşa Futbol Federasiyasından FIFA dərəcəli baş hakim Patrik Qritskeviç idarə edəcək.
“Sabah”ın heyətində yalnız zədəli Xəyal Əliyev bu görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Ozuestri şəhərində təşkil olunacaq. Bu cütün qalibi II raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.
***
Komandaların start heyətləri açıqlanıb:
“Sabah”: Pokatilov (k), Solve, Daşdəmirov, Zedadka, Puhaç, Rəhmonəliyev, Lepinitsa, İsayev, V. Simiç, Mikels, Maluda Ehtiyat oyunçular: Ramazanov, Mirzəmmədov, McCarthy, Xaybulayev, Perris, Rüstəmli, Mutəllimov, Laşaab, Almeida Santos Junior, Severina, Rodriqu Fernandes, Mbina.
TNS: Şepperd, Redmond (k), Bodenem, Simeu, D. Uilyams, Farrell, Korness, Smit, Klark, C. Uilyams, Hyuz. Ehtiyat oyunçular: Edvards, Godwin, Brobbel, Qodsmark-Ford, D. Devis, Nolan, Nədin, Fillips, Kənavan, Vullem, Lok.
***
Matç başladı.
Son xəbərlər
Son Xəbərlər