“Sabah” - “Turan Tovuz”la heç-heçə etdi

sabah-turan-tovuzla-hec-hece-etdi
Oxunma sayı: 1955

Azərbaycan Premyer Liqasında XXI tur davam edir.

“Qafqazinfo” xəbər verir ki, ilk günün növbəti oyunu keçirilib.

“Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edib.

Matçda hesabı qonaqlar açıblar. 11-ci dəqiqədə yeni transfer Aleks Souza fərqlənib. Lakin 11 dəqiqə sonra Kahim Parris bərabərlik qolunun müəllifi olub.

Qalan dəqiqələrdə komandaların cəhdləri heç nəticəsiz olub. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra “Sabah” və “Turan Tovuz” hərəyə 1 xal götürüblər.

Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Səbail”ə (2:1) qalib gəlib. Digər matçlar fevralın 4-5-də keçiriləcək.