Sabah yağış yağmayacaq

Sabah yağış yağmayacaq
Oxunma sayı: 953

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.

Dekabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əsasən əlverişlidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi