Sabahdan Gürcüstan vətəndaşları bu ölkəyə buraxılmayacaq

sabahdan-gurcustan-vetendaslari-bu-olkeye-buraxilmayacaq
Oxunma sayı: 4354

İyulun 26-dan etibarən Gürcüstan vətəndaşları Bolqarıstan ərazisinə buraxılmayacaqlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstan səfirliyinin məlumatında deyilir. Bildirilir ki, sözügedən qərar Bolqarıstanın Səhiyyə Nazirliyi tərəfindən qəbul olunub.

Belə ki, Gürcüstanda koronavirusa yoluxma tempi “narıncı” səviyyədən “qırmızı” səviyyəyə yüksəldiyindən Bolqarıstan belə bir addım atmalı olub.

Qərar Bolqarıstan vətəndaşlarına və onların ailə üzvlərinə aid edilmir.