İtaliya millisinin sabiq hücumçusu Mario Balotelliyə Dubay təmsilçisi “Əl-İttifaq”dan təklif gəlib.
“Qafqazinfo” xəbər verir ki, sözügedən klub Birləşmiş Ərəb Əmirliklərinin səviyyəcə ikinci divizionunda mübarizə aparır.
Qeyd edək ki, ulduz futbolçu sonuncu dəfə yaşıl meydanlara 2024-cü il dekabrın 21-də çıxıb. O, A Seriyası çərçivəsində “Napoli” ilə oyunda “Cenoa”nın heyətində sonradan şans qazanıb.
Balotelli karyerası ərzində “Milan”, “İnter”, “Mançester Siti” və “Liverpul” kimi Avropa nəhənglərinin şərəfini qoruyub.
Son xəbərlər
Son Xəbərlər