Sabirabadda ağır qəza - Ölən və xəsarət alan var

sabirabadda-agir-qeza
Oxunma sayı: 2673

Sabirabadda minik avtomobili maneəyə çırpılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobilin maneəyə çırpılması nəticəsində Güdəcühür sakini 1987-ci il təvəllüdlü Rəhimov Rəşad Rafayıl oğlu hadisə yerində ölüb.

Qəza zamanı xəsarət alan Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2007-ci il təvəllüdlü Baxışlı Sahib Sədulla oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.