Sabunçuda Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edildi - Fotolar

sabuncuda-umumilli-lider-heyder-eliyevin-eziz-xatiresi-yad-edildi
Oxunma sayı: 770

Müasir, müstəqil və qalib Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısının müavini, hüquq-mühafizə orqanlarının rəhbərləri və aparatın məsul əməkdaşları Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki istirahət parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

“Qafqazinfo” xəbər verir ki, daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub.

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısının müavini, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayon bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, Şəhid ailələri və müharibə veteranları, QHT üzvləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

İlk öncə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, sonra isə Bakıxanov qəsəbəsində yerləşən İmam Rza məscidinin imamı Əmirxan Tahirov tərəfindən ruhlarına dualar oxunub.

Mərasimdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib ki, müstəqil Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev, Azərbaycan xalqının qəlbində silinməz izlər qoymuş və onun xatirəsi daim ürəklərdə yaşayır. Ümummilli liderin ideyaları, Azərbaycanın milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümü olaraq, mütərəqqi ənənələr və konkret dövlət modeli şəklində reallaşdırılıb.

A.Vəliyev, Heydər Əliyev siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək, abidəsi önünə gül dəstələri düzüblər.