Sahil Kərimlidən DİN-dəki işindən ayrılması ilə bağlı- - Açıqlama

sahil-kerimliden-din-deki-isinden-ayrilmasi-ile-bagli-
Oxunma sayı: 3435


“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən modern.az saytına verilən açıqlamada məlumatı təsdiqləyiblər.

Bildirilib ki, S.Kərimli DİN-də mülki şəxs olaraq əmək müqaviləsi əsasında fəaliyyət göstərib. Bu ilin sonunda isə onun əmək müqaviləsinin vaxtı başa çatıb, amma S.Kərimli könüllü olaraq müqavilənin yenidən uzadılmasını istəmədiyindən DİN-dəki fəaliyyəti dayandırılıb. 

Sahil Kərimli əvəllər “7 gün” qəzeti və “Lider” televiziyasının əməkdaşı olub. 2007-ci ildən indiyədək DİN-də mətbuat xidmətindəki operativ çəkiliş qrupunun mülkü üzvü kimi  çalışıb.

***

Sahil Kərimli işdən ayrılması ilə bağlı “Qafqazinfo”ya açıqlama verib:

“Mən DİN-də 7 illik müqavilə ilə, mülki şəxs kimi çalışmışam. DİN-in və polis orqanlarının gördüyü işlərin televiziya kanallarında təbliği ilə məşğul olmuşam. 

Hər ilin sonunda bu müqavilə yenilənir. Müqaviləm dekabrın 31-də başa çatacaq. Mən isə noyabrın əvvəlindən rəhbərliyə müraciət edərək müqavilənin yenilənməməsi üçün xahiş etmişdim. Sağ olsunlar ki, istəyimi qəbul etdilər. Hazırda başqa layihələrim var”.