Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Monteneqro üzərində qələbə qazanıb 3-1.
Hesabat turunda Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qalib gəlib. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib 3-1.
Günay Məmmədzadə və Gövhər Beydullayeva partiyanı qələbəylə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçəylə kifayətlənib.